IMG-LOGO

BMT ilə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu arasında Anlaşma memorandumu imzalanıb

20 May 2026 13:54 3 baxış
IMG

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təlim və Tədqiqat İnstitutu ilə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu arasında Anlaşma memorandumu imzalanıb.

"Report" xəbər verir ki, sözügedən sənədin imzalanması WUF13 çərçivəsində baş tutub.

Mərasimdə qeyd edilib ki, memorandumla tərəflər təlim proqramlarının hazırlanması və həyata keçirilməsində, potensialın artırılmasına yönəlmiş təşəbbüslərdə və daha ağıllı siyasətlərin formalaşdırılması üçün zəruri hüquqi bazanın formalaşdırılması üzrə tədqiqatlarda əməkdaşlıq edəcəklər.

Bildirilib ki, tərəflər birlikdə beynəlxalq platformalarda və bilik şəbəkələrində fəal iştirak edəcəklər.

Mənbə: report.az

Xəbər lenti