IMG-LOGO

İnti Munaz: Mexiko üçün müasirlik anlayışı ilə tarixiliyin balanslaşdırılması prioritetdir

20 May 2026 13:52 4 baxış
IMG

Mexiko ən çox turist qəbul edən şəhərlərdən biridir və şəhər rəhbərliyi üçün müasirlik anlayışı ilə tarixiliyin balanslaşdırılması prioritetdir.

"Report" xəbər verir ki, bunu Mexiko Şəhəri Mənzil Katibliyinin rəhbəri İnti Munaz Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Mədəni İrsin və İnklüziv Şəhər Rejenerasiyasının Yenidən Düşünülməsi" adlı müzakirədə deyib.

O deyib ki, Mexiko tarixi abidələrə canlı orqanizm kimi yanaşır:

"Bizim öhdəliyimiz tarixi keçmişi qorumaqdır. Üstəlik, biz həmin məhəllələrin yerli əhalisinin başqa yerə köçməməsi üçün də əlimizdən gələni edirik. Çünki həmin tarixi binalar qədər orada yaşayan insanlar da bizim üçün vacib nüansdır".

İnti Munaz tarixiliyin sadəcə turistik vasitə kimi istifadəyə qarşı olduğunu deyərək qeyd edib ki, həmin ərazilərdə mədəni-kütləvi yanaşmanın da tətbiq edilməsi vacibdir.

Mənbə: report.az

Xəbər lenti