IMG-LOGO

ADB: Bələdiyyələrin aşağı kredit qabiliyyəti əlçatan mənzil təminatı üçün əsas maneə olaraq qalır

20 May 2026 13:49 4 baxış
IMG

Mənzil probleminin həlli bələdiyyə qurumlarının kredit qabiliyyətini gücləndirmədən mümkün deyil.

"Report" xəbər verir ki, bunu ADB-nin Şəhər inkişafı şöbəsinin direktoru Şrinivas Sampat Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Qlobal Mənzil Maliyyələşdirməsindən Yerli Əlverişli Mənzil Fəaliyyətinə: Qlobal İnkişafdan və Submilli Maliyyədən İstifadə" adlı panel müzakirəsində bildirib.

"Əlçatan mənzillərin inkişafı yolunda əsas struktur maneəsi hələ də şəhər administrasiyalarının qeyri-kafi kredit qabiliyyətidir", - o vurğulayıb.

Ş. Sampat qeyd edib ki, bələdiyyə büdcələri öhdəliklərlə həddindən artıq yüklənib, onların mütləq əksəriyyəti isə büdcələrarası transfertlərdən asılıdır və bu da onların maliyyə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

ADB nümayəndəsi beynəlxalq maliyyə institutlarına və çoxtərəfli inkişaf banklarına müraciət edərək, onları birgə səylərlə bələdiyyələrin maliyyə bazasını gücləndirməyə dəstək verməyə, eləcə də, ilk növbədə layihələr üzrə ilkin zərərlərin kompensasiyası üçün filantropik kapitaldan daha fəal istifadə etməyə çağırıb.

Onun qənaətinə görə, bu, investisiya cəhətdən cəlbedici layihələr toplusu formalaşdırmağa və mənzil infrastrukturuna özəl kapitalı cəlb etməyə imkan verəcək.

Mənbə: report.az

Xəbər lenti