IMG-LOGO

Polina Liubomirova: "Acwa" şirkətinin Ərəbistandan kənarda ən böyük layihəsi Azərbaycandadır

20 May 2026 13:49 3 baxış
IMG

Hazırda Səudiyyə Ərəbistanının "Acwa" şirkəti tərəfindən Ərəbistan yarımadasından kənarda həyata keçirilən ən böyük layihə Azərbaycandadır.

"Report" xəbər verir ki, bunu sözügedən şirkətin Biznesin inkişafı üzrə direktoru Polina Liubomirova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Su ilə "ağıllı şəhərlər": potensialın inkişafı vasitəsilə şəhər dayanıqlığının qurulması" mövzusunda çıxışı zamanı deyib.

O qeyd edib ki, heç bir region enerji resurslarına nəzarətsiz, geosiyasi üstünlüyə səbəb olacaq qədər çıxış əldə etməməlidir:

"Hazırda Yaxın Şərq və Mərkəzi Asiya kimi regionların həm qlobal iqlim dəyişikliyi, həm də sürətli sənaye genişlənməsi səbəbilə artan təzyiqlərlə üzləşdiyini görürük. Bütün bunlar milli inkişaf strategiyalarının ümumi çərçivəsində nəzərə alınmalıdır. İqlimlə bağlı təzyiqlər ildən-ilə daha da artır. "Acwa" şirkətində biz bu çətinlik və imkanların birləşməsini inteqrasiya olunmuş inkişaf yanaşmasının bir hissəsi kimi görürük. Layihələrimiz yerli icmaları dəstəkləmək, bilik və bacarıqların inkişafını təşviq etmək, investisiyaları cəlb etmək və dayanıqlı inkişafı təmin etmək məqsədi daşıyır.

Məqsədimiz yalnız yüksək istehsal nəticələri əldə etmək deyil, eyni zamanda, gələcək iqlim şəraitinə və işçi qüvvəsinin tələblərinə uyğun uzunmüddətli dayanıqlılıq formalaşdırmaqdır. Azərbaycandakı layihə də bu məqsədin ən yaxşı nümunələrindən biridir".

Mənbə: report.az

Xəbər lenti