IMG-LOGO

Paşinyan Qarabağ ermənisini yıxıb sürüdü: "kökünüzü kəsəcəm" - VİDEO

20 May 2026 13:39 4 baxış
IMG
2 0

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən seçki kampaniyası zamanı Qarabağ ermənisi Artur Osipyanı görərək qəzəblənib.

Lent.az Paşinyanın həmin şəxslə sözügedən dialoqunu təqdim edir:

- Ay qaçıb aradan çıxanlar, sizin ümumiyyətlə burada nə işiniz var? Axı ümumiyyətlə nə iş var ki, burada? Bunlar kimlərdir axı, gəlib indi mənə barmaq silkələyir, Qarabağın yalançı elitası hamınız rədd olun buradan ümumiyyətlə. Siz kimsiniz axı? Buna bax deyir Artur Osipyanam, başınızı vurun divara, gedib övladlarımızın yerinə siz həlak olardınız da bəs. Buna bax deyir Artur Osipyanam (2023-cü ildən öncə Qarabağda məskunlaşmış erməni, o zaman Qarabağda Paşinyanı dəstəkləyən şəxs olub). Talançı heyvanlar. Siz Qarabağ xalqını da girov götürmüşdünüz, bəli girov götürmüşdünüz Qarabağın xalqını. İndi gəlib Qarabağ məsələsini qaldırırsınız. Əgər siz belə Qarabağ məsələsi qaldıransınızsa onda gedib həlak olardınız da. Niyə sağsınız ümumiyyətlə?! Bəs axı siz nə üçün sağsınız? Sən nə üçün sağsan ki, axı indi də gəlib 5 min nəfər qurban barədə danışırsan mənimlə ay alçaq, nə üçün sağsan?! Bəs indi Şahramanyan nə üçün sağdır, hələ o birilər: indi sizin Parlamentdə deputat hesab olanlar nə üçün sağdırlar? Nə üçün həlak olmadılar? İndi isə gəlib deyirlər ki, 5 min qurban gedib. Nə üçün bəs siz həlak olmamısınız? Kim sizi qoruyub saxlayır ümumiyyətlə ay şərəfsizlər? Qarabağın yalançı elitasından heç kim indi deməsin ki, bəs Qarabağ məsələsi filan... İndi Ermənistanda Qarabağın Milli Məclisi var, Ermənistanda isə Qarabağ hökuməti var. Hamısını kökündən təmizləyəcəm. Vaxtında mübarizə aparardınız ay qaçıb aradan çıxanlar, indi mübarizə aparmaq vaxtı deyil. Konkret bax bunun kimilər (Artur Osipyan nəzərdə tutulur), gəlib indi burada mənə barmaq silkələməyə cəsarət etməyin ümumiyyətlə. 

Robi (R.Koçaryan), Serj (Serj Sarqsyan), Kaluqatsu (Samvel Karapetyan), Qaqonun (Qaqik Tsarukyan) rəhbərlik etdiyi Qarabağın yalançı elitasına deyirəm: sizin kökünüzü kəsəcəm Ermənistandan. Alçaqlar, siz nə üçün sağsınız ümumiyyətlə?! Siz açıqlama verməlisiniz ki, siz nə üçün sağsınız?! Hələ bir də gəlib 5 min qurban deyirsiniz. Nə üçün qurban 5 min olub? Siz nə üçün o qurbanların içində deyilsiniz alçaqlar? İndi Osipyan deyir ki, sən gərək məni.... Sən kimsən axı, sən kimsən ki mən səni tanımalıyam?

Sizin brauzer video tagını dəstəkləmir. Paşinyan Ermənistan Qarabağ

Mənbə: lent.az

Xəbər lenti