IMG-LOGO

Afrikanın üç ölkəsi Bakıda keçiriləcək dünya çempionatı üçün ilkin iştirak ərizəsi göndərib

20 May 2026 14:51 4 baxış
IMG

Bu il Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün ilkin iştirak ərizəsi göndərən ilk ölkələr müəyyənləşib.

"Report"un Beynəlxalq Cüdo Federasiyasına istinadən məlumatına görə, bunlar Anqola, Qvineya və Toqo yığmalarıdır.

Afrika ölkələri ilkin iştirak ərizəsinə müvafiq olaraq 3, 5 və 2 idmançının adını daxil ediblər.

Xatırladaq ki, dünya çempionatı oktyabrın 4-11-i aralığında Milli Gimnastika Arenasında baş tutacaq.

Mənbə: report.az

Xəbər lenti