IMG-LOGO

55 yaşlı Litmanen karyerasını bərpa etdi və qol vurdu

20 May 2026 14:45 4 baxış
IMG
1 0

Fevralın 20-də 55 yaşı tamam olan finlandiyalı əfsanəvi futbolçu Yari Litmanen peşəkar futbola qayıtmaq qərarına gəlib.   Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hücumçu dərhal böyük klublarla müqavilə imzalamayıb, lakin Estoniya çempionatının dördüncü divizionuna keçib.

“Barselona”, “Liverpul” və “Ayaks”ın keçmiş ulduzu olan Litmanen hazırda “Kalev”də oynayır. Dörd ay əvvəl o, rəsmi olaraq Tallin şəhgərinin üçüncü komandasına qoşulub.

Beləliklə, bir müddət sonra 55 yaşlı Yari Estoniyanın dördüncü divizion çempionatında ilk qolunu vurub. Əfsanəvi hücumçu sadəcə qol vurmaqla kifayətlənməyib. O, meydanın demək olar ki, mərkəzindən gözəl qələbə qolunu vurub və topu “Nova” qapıçısının üzərindən keçirib.

Oyun 8:3 hesabı ilə finlandiyalı oyunçunun komandasının xeyrinə başa çatıb.

Yari Litmanen Finlandiya tarixinin ən yaxşı futbolçusudur. O, milli komandada ən çox oyun keçirmə rekorduna sahibdir, 137 oyun keçirib və 32 qol vurub.

2011-ci ildə o, Finlandiyanın HİK komandası üçün vida oyununda iştirak edib.

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti