Azərbaycanda təbiətə əsaslanan həllər şəhər inkişafının prioriteti kimi müəyyənləşdirilib.
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "İqlim cəbhələrindən hekayələr" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, məhz buna görə də, bu il Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Ətraf Mühit Günü "Gələcəyimiz naminə İqlim üçün Təbiətdən İlhamlanaraq" şüarı altında qeyd olunacaq: "Bununla əlaqədar olaraq, biz Azərbaycanın şəhər inkişafı prioritetlərində təbiətə əsaslanan həlləri nəzərdən keçiririk. "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və onun 2030-cu ilə qədər olan uzadılması təmiz ətraf mühit və yaşıl artımı milli prioritet kimi müəyyən edir. Onlar 2050-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzur ərazilərini xalis sıfır emissiya zonasına çevirməkdə qərarlıdırlar. Bura yaşıl enerji, dayanıqlı kənd təsərrüfatı, ekoloji təmiz nəqliyyat, smart (ağıllı) şəhərlər və kəndlər, eləcə də minlərlə hektar torpağı əhatə edən ekosistemin bərpası və meşə salınması daxildir".
Mənbə: report.az