IMG-LOGO

Səfir: "İqlimə qarşı dayanıqlılığı artırmaq üçün birgə strategiyalar hazırlana bilər"

20 May 2026 16:43 5 baxış
IMG

Amazon Əməkdaşlıq Müqaviləsi Təşkilatı (OTCA) çərçivəsində və regional maliyyə institutlarının dəstəyi ilə biomüxtəlifliyə əsaslanan yaşayış mühitinin idarə edilməsi vasitəsilə icmalarda və ekosistemlərdə iqlimə qarşı dayanıqlılığı artırmaq üçün birgə strategiyalar hazırlana bilər.

"Report" xəbər verir ki, bunu Kolumbiyanın Keniyadakı səfirliyinin BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) üzrə səfiri və daimi nümayəndəsi Pedro Leon Kortes Ruiz Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "İqlim cəbhələrindən hekayələr" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Kolumbiya planetdə biomüxtəlifliyinə görə ikinci ən zəngin ölkədir: "Eyni zamanda, iqlim dəyişikliyinin təsirlərinə qarşı yüksək dərəcədə həssas olmaq kimi bir mənfi tərəfi də var. Bu ikili vəziyyət Amazon bölgəsindəki insan məskənlərimizdə çox aydın görünür. Amazon bölgəsindəki paytaxtlarımızdan biri olan Mokoada da məhz belə olmuşdu. 2017-ci ildə güclü yağışların səbəb olduğu torpaq sürüşməsi bütöv məhəllələri yerlə-yeksan edib, 300-dən çox insan həyatını itirib və evlərini, dolanışıq vasitələrini itirən 17 000 insan bundan zərər çəkib".

Qonaq qeyd edib ki, o, Amazon hövzəsinin mənzil və torpaq siyasəti baxımından regional əməkdaşlıq imkanları təklif edir: "Bu hövzədəki şəhərlərimizin bir çoxu digər ölkələrlə - Peru, Braziliya ilə sərhəddə yerləşir və reallıqda onların əksəriyyəti, hər bir halda, ekosistemlərin özləri və orada yaşayan xalqlar vasitəsilə bir-biri ilə sıx bağlıdır".

Mənbə: report.az

Xəbər lenti