IMG-LOGO

Deyan Stankoviç "Panatinaikos"u çalışdırmağa namizəddir

20 May 2026 17:41 2 baxış
IMG

Serbiyanın "Srvena Zvezda" klubunun baş məşqçisi Deyan Stankoviç "Panatinaikos"u (Yunanıstan) çalışdırmağa namizəddir.

"Report" "Nova Sports"a istinadən xəbər verir ki, Yunanıstan klubu üçün 47 yaşlı mütəxəssislə müqavilə imzalamaq asan olmayacaq.

Belə ki, sabiq futbolçunun Belqrad təmsilçisi ilə müqaviləsinin müddəti 2028-cü ilin yayına qədərdir.

"Panatinaikos"un siyahısında Stankoviçlə yanaşı, bu yaxınlarda Ukrayna yığmasından ayrılan Sergey Rebrovun da adı yer alıb.

Qeyd edək ki, "Panatinaikos" bu mövsüm Yunanıstan çempionatını 4-cü pillədə başa vuraraq UEFA Konfrans Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.

Mənbə: report.az

Xəbər lenti