IMG-LOGO

Aleksandr Xecazi: Qarabağın bərpası çoxsəviyyəli idarəetmə modeli tələb edir

20 May 2026 18:36 5 baxış
IMG

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası effektiv çoxsəviyyəli idarəetmə sisteminin formalaşdırılmasını tələb edir.

"Report" xəbər verir ki, bunu Cenevrə Universitetinin dosenti Aleksandr Xecazi Bakıda WUF13-də bildirib.

Onun sözlərinə görə, nəticələrin uzunmüddətli dayanıqlığını təmin etmək qabiliyyətinə malik, aydın şəkildə qurulmuş institusional arxitektura olmadan ərazilərin uğurlu bərpası qeyri-mümkündür.

"Biz zəmanəmizin ən dərin idarəetmə çağırışından - fəlakətlərdən sonra şəhərləri necə bərpa etməkdən və onların uzunmüddətli perspektivdə dayanıqlı qalmasını necə təmin etməkdən danışırıq", - Xecazi qeyd edib.

O vurğulayıb ki, bu gün Qarabağın bərpası sürətli templərlə aparılır, lakin əldə edilmiş nəticələrin institusional cəhətdən möhkəmləndirilməsi əsas məsələ olaraq qalır.

Ekspertin sözlərinə görə, region dağlıq relyef də daxil olmaqla, mürəkkəb təbii və iqlim şəraiti ilə fərqlənir, bu da şəhərsalma və risklərin idarə edilməsinə xüsusi yanaşma tələb edir.

Xecazi, həmçinin qeyd edib ki, yenidənqurma prosesləri təkcə infrastrukturun tikintisini deyil, həm də yerli icmaların fəal şəkildə prosesə cəlb olunmasını əhatə etməlidir.

Mənbə: report.az

Xəbər lenti