IMG-LOGO

WUF13-də Hindistanın bələdiyyə istiqrazlarının buraxılması ilə bağlı planları müzakirə edilib

20 May 2026 18:30 4 baxış
IMG

Hindistan bələdiyyə istiqrazlarının buraxılmasına daha 100 şəhərin cəlb edilməsi imkanını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bunu Mənzil İnşaatı və Şəhərsalma Korporasiyasının (HUDCO) sədri Sancay Kulşrestxa Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Maliyyə cəhətdən cəlbedici bələdiyyələr, rahat şəhərlər. Şəhərlər lazımi miqyasda uzunmüddətli maliyyə vəsaitini necə cəlb edə bilər?" adlı panel müzakirəsində bildirib.

O qeyd edib ki, hazırda Hindistanın 22 şəhəri artıq bələdiyyə istiqrazlarının buraxılışını həyata keçirib.

"Emissiyaların ümumi həcmi təxminən 1 milyard ABŞ dollarına çatıb. Gələcəkdə bu prosesə daha 100 şəhərin qoşulması planlaşdırılır. Hindistan hökuməti bu təşəbbüsü məqsədyönlü şəkildə dəstəkləyir, lakin əsas çağırış maliyyə resurslarının cəlb edilməsindən daha çox, şəhərlərdə layihələrin həyata keçirilməsi, onların rentabelliyinin təmin edilməsi və keyfiyyətli idarəetmə sisteminin qurulması üzrə səriştələrin inkişaf etdirilməsidir", - S.Kulşrestxa vurğulayıb.

Mənbə: report.az

Xəbər lenti