IMG-LOGO

Filipe Mendeş: Məşğulluq qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üçün vacibdir

20 May 2026 18:23 3 baxış
IMG

Məşğulluğa və gəlirlərə çıxış imkanı sosial təcrid dövrəsindən çıxmaq və layiqli həyat şəraitini təmin etmək üçün əsas amildir.

"Report" xəbər verir ki, bu barədə Braziliya Coğrafiya və Statistika İnstitutunun nümayəndəsi Filipe Mendeş (Filipe Mendes) WUF13 çərçivəsində keçirilən "Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası" adlı tədbirdə bildirib.

O, Rio-de-Janeyroda artıq 33 ildir, həyata keçirilən və favelaların baza infrastrukturuna malik tamdəyərli şəhər rayonlarına çevrilməsinə yönəlmiş proqramı misal çəkib.

Mendeşin sözlərinə görə, proqram qeyri-rəsmi yaşayış məntəqələrinin bərk örtüklü yollar, küçə işıqlandırılması, tullantıların daşınması sistemləri, kanalizasiya və şəhər mühitinin digər elementləri ilə təmin edilməsini nəzərdə tutur.

"İnfrastruktur proqramlarından əlavə, inkişafın ən mühüm elementi yoxsulluğun və sosial bərabərsizliyin azaldılmasına birbaşa təsir edən məşğulluğa və gəlirlərə çıxışın genişləndirilməsidir", - o əlavə edib.

Mənbə: report.az

Xəbər lenti