IMG-LOGO

Srinivas Sampat: "ADB şəhərlərin özəl investisiyaların cəlbinə hazırlanması üçün kompleks tədbirlər hazırlayır"

20 May 2026 19:13 2 baxış
IMG

Asiya İnkişaf Bankı (ADB) özəl kapitalı cəlb etmək üçün şəhərlərin kredit qabiliyyətinin artırılması üzərində işləyir.

"Report" xəbər verir ki, bu barədə ADB-nin Şəhər inkişafı şöbəsinin direktoru Srinivas Sampat Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Maliyyə baxımından cəlbedici bələdiyyələr, rahat şəhərlər. Şəhərlər lazımi miqyasda uzunmüddətli maliyyələşməni necə cəlb edə bilərlər?" adlı panel müzakirəsində bildirib.

"Asiya İnkişaf Bankı bələdiyyələri özəl kapitalla qarşılıqlı fəaliyyətə hazırlamağa yönəlmiş tədbirlər kompleksi həyata keçirməyə hazırlaşır. Hazırda şəhərlərin böyük əksəriyyəti lazımi kredit qabiliyyətinə malik deyil. Bank bələdiyyələrə mühasibat uçotunun təşkilində, tənzimləyici maneələrin aradan qaldırılmasında və investisiya baxımından cəlbedici layihələr portfelinin formalaşdırılmasında köməklik göstərir.

Prioritet diqqət Hindistana yönəldilir, burada ADB istiqrazların buraxılışına və əqdlərin dövlət-özəl tərəfdaşlığı formatında strukturlaşdırılmasına kömək etmək üçün Şəhər İnkişafı Fondu mexanizmindən istifadə etmək niyyətindədir", - S. Sampat qeyd edib.

Mənbə: report.az

Xəbər lenti