IMG-LOGO

"Arsenal"ın baş məşqçisi Mikel Arteta Qvardiolanı qabaqlamaqla unikal göstəriciyə imza atıb

20 May 2026 22:51 4 baxış
IMG

"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında unikal göstəriciyə imza atıb.

"Report" xəbər verir ki, ispaniyalı mütəxəssis rəhbərlik etdiyi komanda ilə iki mövsümdə Xosep Qvardiolanın çalışdırdığı "Mançester Siti"ni qabaqlayan ilk məşqçi kimi tarixə düşüb.

Bu hal həm cari, həm də ötən mövsüm qeydə alınıb. 2024/2025 mövsümündə "Arsenal" ikinci, "Mançester Siti" isə üçüncü pillədə qərarlaşıb.

Artetadan əvvəl Premyer Liqada yalnız dörd məşqçi bir dəfəlik də olsa Qvardiolanı qabaqlamağı bacarıb. Bunlar Arne Slot ("Liverpul", 2024/2025), Yurgen Klopp ("Liverpul", 2019/2020), Maurisio Poçettino ("Tottenhem", 2016/2017) və Antonio Kontedir ("Çelsi", 2016/2017).

Qeyd edək ki, ötən gün Premyer Liqanın XXXVII turunda "Mançester Siti"nin "Bornmut"la heç-heçə etməsindən sonra komanda çempionluq şansını itirib və titul rəsmən "Arsenal"a qismət olub.

Mənbə: report.az

Xəbər lenti