IMG-LOGO

Pezeşkian: ABŞ ilə dialoqun davam etdirilməsi vacibdir

20 May 2026 22:23 5 baxış
IMG

İranla ABŞ arasındakı danışıqlarla bağlı diplomatik məsləhətləşmələrin gedişatını nəzərdən keçirərək, dialoqun davam etdirilməsi, regional əməkdaşlığın və islam ölkələri arasında koordinasiyanın gücləndirilməsi vacibdir.

"Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Pakistanın daxili işlər naziri Möhsün Nəqvi ilə görüşdə deyib.

M. Pezeşkian regionda sabitliyin və konstruktiv qarşılıqlı fəaliyyətin dəstəklənməsindəki mövqeyinə və səylərinə görə Pakistan hökumətinə minnətdarlığını bildirib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Mənbə: report.az

Xəbər lenti