IMG-LOGO

Rusiya mayın 22-dən etibarən Ermənistandan gül idxalını məhdudlaşdıracaq

20 May 2026 22:05 4 baxış
IMG

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") 22 may 2026-cı il tarixindən etibarən Ermənistandan gül idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək.

Bu barədə "Report" qurumun bəyanatına istinadən xəbər verir.

""Rosselxoznadzor" istixana yoxlamaları başa çatana və nəticələrin təhlili aparılana qədər 22 may 2026-cı il tarixindən etibarən Ermənistandan gətirilən və göndərilən çiçək məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək", - deyə bəyanatda bildirilib.

Xidmət aydınlaşdırıb ki, qərar Rusiyanın fitosanitar təhlükəsizliyini və ixrac potensialını qorumaq üçün verilib.

Mənbə: report.az

Xəbər lenti