IMG-LOGO

Donald Tramp: Ərdoğan sərt adamdır

21 May 2026 01:39 5 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla çox yaxşı telefon danışığı apardığını bildirib.

"Report" xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərə verdiyi açıqlamada danışıb.

"Prezident Ərdoğanla çox yaxşı telefon danışığım olub. Bizim çox yaxşı münasibətlərimiz var. Olduqca sərt insanlarla yaxşı münasibətlərimizin olması əla deyilmi? O, sərt adamdır, amma heç kimin mənim onunla olan münasibəti yoxdur.

Düşünürəm ki, o, əsl müttəfiqdir. Bəzi insanlar buna şübhə ilə yanaşır, amma düşünürəm ki, o, əla müttəfiqdir və xalqı ona hörmət edir", - deyə o əlavə edib.

Daha əvvəl Türkiyə liderinin kommunikasiya şöbəsi Ərdoğanın Trampla söhbətində ABŞ və İran arasında atəşkəsin uzadılmasını dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllinə ümid etdiyini bildirmişdi.

Mənbə: report.az

Xəbər lenti