IMG-LOGO

Kobaxidze: Kulevi ilə bağlı yalanlar yayaraq Gürcüstanı cəzalandırmaq istəyirdilər

21 May 2026 02:15 4 baxış
IMG

Bəzi qüvvələr Kulevi layihəsi ilə bağlı yalan məlumatlar yayaraq Gürcüstanı və gürcü xalqını cəzalandırmağa çalışıblar.

"Report"un yerli bürosu xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Imedi LIVE" verilişində bildirib.

Onun sözlərinə görə, neftlə bağlı yayılan iddialar həqiqəti əks etdirmir və son nəticədə bu məlumatların yalan olduğu ortaya çıxıb.

"Kulevi haqqında yalanlar yayırdılar və neftlə bağlı olan bu yalan əsasında gürcü xalqını cəzalandırmaq istəyirdilər. Sonda bu, o qədər açıq-aşkar yalan idi ki, məsələni həmin həddə çatdıra bilmədilər".

Baş nazir qeyd edib ki, məhz bu fonda Böyük Britaniyanın sanksiyaları yumşaltmaq qərarı diqqət çəkir. İrakli Kobaxidzenin sözlərinə görə, beynəlxalq siyasətdə ikili standartlar açıq şəkildə görünür və bəzi dairələr Gürcüstana münasibətdə ədalətli yanaşma sərgiləmir.

O bildirib ki, müxtəlif siyasi qüvvələr öz praqmatik maraqlarına uyğun hərəkət edir, lakin Gürcüstan hökumətinin əsas məqsədi milli maraqları, sülhü, sabitliyi və rifahı qorumaqdır.

"Bizim praqmatik marağımız gürcü xalqının istəyini qorumaqdır. Bu isə sülh, sabitlik və rifahdır", – deyə Baş nazir vurğulayıb.

Mənbə: report.az

Xəbər lenti