IMG-LOGO

ABŞ süni intellektə nəzarəti gücləndirir

21 May 2026 03:18 3 baxış
IMG

Tramp administrasiyası süni intellekt və kibertəhlükəsizliklə bağlı icra sərəncamını cümə axşamı günü açıqlaya bilər.

"Report" xəbər verir ki, bu barədə "Politico" yazıb.

Nəşrin məlumatına görə, sənəd ən qabaqcıl süni intellekt modellərinin ictimai satışa çıxarılmazdan əvvəl federal qurumlar tərəfindən könüllü yoxlanılması mexanizminin yaradılmasını nəzərdə tutur.

Tərtibatçılardan bazara çıxarılmazdan 90 gün əvvəl bu cür modelləri nəzərdən keçirmək üçün müvafiq qurumlara təqdim etmələri xahiş olunur. Bu prosesdə ABŞ Maliyyə Nazirliyi, CISA (Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi), NIST (Milli Standartlar və Texnologiya İnstitutu), NSA (Milli Təhlükəsizlik Agentliyi) və Ağ Ev rəsmiləri iştirak edə bilər.

İcra sərəncamının bir hissəsi kibertəhlükəsizliyə həsr olunacaq. Pentaqona telekommunikasiya və informasiya sistemləri də daxil olmaqla əsas şəbəkələrin təhlükəsizliyini gücləndirmək üçün 30 gün vaxt veriləcək.

Sənədin ikinci hissəsində sözdə qabaqcıl modellər üçün qiymətləndirmə prosesi müəyyən ediləcəyi gözlənilir. Mənbələrə görə, bu cür sistemlər üzrə yekun nəticələr Milli Təhlükəsizlik Agentliyi tərəfindən digər qurumlarla məsləhətləşmələr aparılaraq veriləcək.

Mənbə: report.az

Xəbər lenti