Çin, Tayvana 14 milyard dollarlıq silah paketi ilə bağlı müzakirələr fonunda ABŞ müdafiə nazirinin müavini Elbric Kolbinin Pekinə mümkün səfərinin təsdiqini təxirə salır.
"Report"un məlumatına görə, bu barədə "Financial Times" yazıb.
Nəşr qeyd edib ki, Kolbi əvvəllər Çin tərəfi ilə bu yay Pekinə səfər etmək ehtimalını müzakirə etmişdi.
Lakin Çin hakimiyyəti ABŞ prezidenti Donald Tramp Tayvana silah tədarükü ilə bağlı növbəti addımları müəyyən edənə qədər səfəri təsdiqləməyə hazır olmadıqlarını açıq şəkildə bildirib.
Vurğulanıb ki, Pekin Vaşinqtona təzyiq göstərməyə çalışır və bu məsələni ABŞ-Çin münasibətlərində əsas qıcıqlandırıcı amillərdən biri kimi görür.
Mənbə: report.az