IMG-LOGO

Yaponiya Rusiya və Çinin yenidən hərbiləşmə ittihamlarını rədd edib

21 May 2026 08:34 5 baxış
IMG

Yaponiya hökuməti Rusiya və Çinin Tokionun sürətləndirilmiş yenidən hərbiləşmə kursu həyata keçirdiyi və regional sabitliyə təhdid yaratdığı iddialarını əsassız adlandırıb.

"Report"un məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Masanao Odzaki Tokioda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, II dünya müharibəsinin sonundan bəri Yaponiya ardıcıl olaraq demokratiya, qanunun aliliyi və beynəlxalq inkişafın təşviqinə əsaslanan siyasətə sadiq qalıb.

Odzaki ölkənin yalnız müdafiə siyasətini davam etdirdiyini və müharibədən sonrakı sülh kursunun dəyişməz qalacağını vurğulayıb.

Eyni zamanda, Yaponiya hökumətinin nümayəndəsi Çinin xarici siyasətini tənqid edib və Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiyaya qarşı şikayətlərini yenidən dilə gətirib.

Mənbə: report.az

Xəbər lenti