IMG-LOGO

Tamara Paseyro Marin: "Mənzil maliyyələşməsi ölkədaxili mənbələrə söykənməlidir"

21 May 2026 09:59 2 baxış
IMG

Mənzil maliyyələşməsi ölkədaxili mənbələrə söykənməlidir.

"Report" xəbər verir ki, bunu Uruqvayın mənzil və ərazi planlaşdırılması naziri Tamara Paseyro Marin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, maliyyələşmə, tamamilə, təkcə xarici ola bilməz, o, ölkənin öz daxilindən gəlməlidir: "Bu nöqtədə bizim proqramımız, bir fəaliyyət xəttimiz var ki, bu da məhz özəl sektorla necə qarşılıqlı əlaqədə olmağımız və necə işləməyimizlə bağlıdır. Bu o demək deyil ki, dövlət bazarda diktə edir və bazara müdaxilə edir; xeyr, dövlət özəl sektorun siyasətini məhz sosial təyinatlı mənzil təminatına yönəldir.

​Burada bizim bir planımız var. Və bu plan üç komponentdən ibarətdir: təklifin stimullaşdırılması (yəni təklif üçün vergi güzəştləri), tələbin subsidiyalaşdırılması (hər bir ailənin ailə reallığına, hər bir ailə mərkəzinə uyğun olaraq ailələrə subsidiya ilə dəstək verilir) və digər tərəfdən isə yaradılacaq həmin mənzillər üçün yuxarı qiymət həddinin (tavan qiymətinin) müəyyən edilməsi. Beləliklə, bu, özəl sektorla bir razılaşmadır və biz hesab edirik ki, bu, "qazan-qazan" (hər iki tərəf üçün faydalı) bir yanaşmadır.

​Digər bir məsələ isə qeyri-qanuni yaşayış məskənləri (gecəqondular) ilə bağlı bayaqdan bəri danışdığımız məsələlərin hədəfə alınmasıdır (fokuslaşdırılmasıdır). Bu baxışda, əvvəl də dediyimiz kimi, məsələ təkcə mənzil təminatı deyil; söhbət həm də infrastrukturdan, xidmətlərin necə gətirilməsindən, sosial mühitin (toxumanın) gücləndirilməsinin necə təmin edilməsindən və şəhər və vətəndaşlıq formalaşdırmaq üçün mobilliyin necə dövrəyə girməsindən gedir".

Mənbə: report.az

Xəbər lenti