Son illər Səudiyyə Ərəbistanında ipoteka bazarının ümumi dəyəri 1 trilyon riala yaxınlaşıb.
"Report" xəbər verir ki, bunu ölkənin Bələdiyyələr və Mənzil Nazirliyinin Təchizat Zənciri üzrə baş direktoru Əli Əl-Əhməd Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.
"Tələb tərəfinə gəldikdə, biz mənzil almaq hüququ olan vətəndaşları bir sıra amillərə əsasən qruplaşdırdıq. Əsas amillərdən biri onların gəliri idi. Əgər gəliriniz 4 000 raal (1 000 dollar) və ya daha çoxdursa, siz sərfəli mənzil almaq hüququna sahibsiniz. Yəni sərfəli mənzil əldə etmək hüququ qazanmaq üçün aylıq gəliriniz 1 000 ABŞ dolları olmalıdır. Sərfəli mənzil üçün uyğun sayıldıqdan sonra, hökumətin yerli banklarla əməkdaşlıq çərçivəsində subsidiyalaşdırdığı bir sıra paketlər mövcuddur. Səudiyyə Ərəbistanında 16-dan çox bank bu daşınmaz əmlak kreditlərini təqdim edir. Daşınmaz əmlak kreditləri son beş ildə 400 milyard rialdan 900 milyard riala yüksəlib".
1 rial - 0,453 manata bərabərdir.
Mənbə: report.az