IMG-LOGO

Ekspert: "Afrikada insanların çoxu evlərini mərhələli şəkildə özləri tikir"

21 May 2026 10:54 4 baxış
IMG

Afrika qitəsində insanların böyük əksəriyyəti mənzillərini mərhələli şəkildə özləri tikirlər.

"Report" xəbər verir ki, bunu Afrikada Əlçatan Mənzil Maliyyəsi Mərkəzinin təsisçisi və icraçı direktoru Kesia Rast Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, insanlar bu istiqamətdə dəstəyə çox ehtiyac duyurlar: "Onlar yollardan, təchizat zəncirinin asanlaşdırılmasından istifadə edə bilərdilər".

K.Rast qeyd edib ki, Keniyada ipoteka kreditləşməsi səviyyəsi hələ də aşağıdır: "Çünki tikinti şirkətləri ipotekaya maraq göstərmirlər, evin ipoteka ilə satışı zamanı qiymətin üzərinə 30 % əlavə edirlər. Onlar nağd pul istəyirlər, çünki bu pulu tikinti maliyyələşdirilməsi üçün istifadə edirlər. Səbəb isə budur ki, torpaq sənədləri qaydasında olmadığı üçün onlar tikinti üçün maliyyə vəsaitinə çıxış əldə edə bilmirlər. Əgər tikinti aparmaq istəyirlərsə, kimsə onları maliyyələşdirməlidir, ona görə də nağd pul istəyirlər və 30 % endirim edirlər. Bu isə ipoteka kreditinin üzərinə 30 % əlavə yük düşməsi deməkdir, çünki sənədləşmənin tamamlanmasını gözləmək lazımdır".

Qonaq əlavə edib ki, bu, mənzil təminatı zəncirindəki boşluqdur: "Bu mənzillər hətta münasib qiymətli də deyil. Eyni uyğunsuzluğu Anqolada da gördük. Bu ölkədə 30 000 mənzilin tikildiyi möhtəşəm layihə var idi və orada "əlçatan" hesab olunan evin qiyməti 100 000 ABŞ dollarından yuxarı idi. Bu, qlobal səviyyədə münasib ola bilər, amma Anqola üçün yox".

Mənbə: report.az

Xəbər lenti