IMG-LOGO

İlyas Demirçi: Ekoloji fəlakətlər ümumi problemə çevrilib

21 May 2026 10:42 3 baxış
IMG

Ekoloji fəlakətlər ümumi problemə çevrilib, buna görə də şəhərlərin, təbii ehtiyatların və yaşayış məkanının qorunması üçün daha güclü həllər tələb olunur.

"Report" xəbər verir ki, bunu türkiyəli ekspert, Türk Dünyası Mühəndis və Memarlar Birliyi (TDMMB) sədri İlyas Demirçi Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.

Bu baxımdan Demirçi şəhər idarəçilərinə, merlərə və qərar qəbul edən şəxslərə müraciət edib: "Şəhərlərin gələcəyi planlı şəhərsalma, ekoloji dayanıqlıq və fəlakətlərə davamlı şəhər sistemlərinin yaradılması prinsipləri üzərində qurulmalıdır".

O, həmçinin forumun Bakıda keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.

Onun sözlərinə görə, WUF13-ün "Azərbaycanın parlayan ulduzu olan Bakı"da keçirilməsi həm ölkə, həm də bütün türk dünyası üçün qürur mənbəyidir.

"Biz bu tədbirin təşkilinə töhfə verən hər kəsi, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevi, həmçinin könüllüləri və bütün iştirakçıları səmimi qəlbdən təbrik edirik. Gündəlik orta hesabla 45 min nəfərin ziyarət etdiyi bu miqyasda bir forumu təşkil etmək böyük əməkdir. Bu, həqiqətən səmimi təbrikə layiqdir", - o qeyd edib.

Mənbə: report.az

Xəbər lenti