IMG-LOGO

Ermənistan pasport möhürlərindən Ağrı dağın təsvirini çıxardı

21 May 2026 10:50 3 baxış
IMG
1 0

Ermənistan hökuməti Türkiyə ilə aparılan normallaşma danışıqlarını dəstəkləmək məqsədilə sərhəd-keçid məntəqələrində pasportlara vurulan rəsmi giriş-çıxış möhürlərindən Ağrı dağın təsvirini çıxarıb. 

Lent.az yerli mətbuata istinadən xəbər verir ki, bu çərçivədə ötən həftələrdə iki ölkənin nümayəndə heyətləri Qarsda bir araya gələrək münasibətləri normallaşma mövzusunda görüş keçiriblər.

2025-ci il boyunca keçirilən görüşlər, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon diplomatiyası ilə dəstəklənən bu proses 2026-cı ilin əvvəlində konkret addımların atılacağı gözləntilərini artırıb. Bu inkişafların fonunda Ermənistandan diqqətçəkən addım gəlib.

Ölkə sərhəd-keçid məntəqələrində pasportlara vurulan rəsmi giriş-çıxış möhürlərindən Türkiyə ərazisində yerləşən Ağrı dağının təsvirini çıxarıb.

Qeyd edək ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "Cumhuriyet" qəzetinə müsahibəsində bildirib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkilərindən və bundan sonra reallaşacaq konstitusiya dəyişikliklərindən sonra baş tutacaq.

siyasət Ermənistan - Türkiyə münasibətləri Ermənistan pasport möhürlərindən Ağrı dağı təsvirini çıxardı

Mənbə: lent.az

Xəbər lenti