IMG-LOGO

Yalçın Rəfiyev: Azərbaycan həm COP29, həm də WUF13-də kifayət qədər yaxşı irs yarada bilib

21 May 2026 11:59 3 baxış
IMG

Azərbaycan həm COP29, həm də WUF13-də kifayət qədər yaxşı irs yarada bilib.

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, rəsmi Bakı bu irsi qorumaq üçün fəaliyyətlərini davam etdirəcək.

Bundan başqa, Y.Rəfiyev Azərbaycanın azad edilmiş ərazilərdə qarşılaşdığı çətinliklərə də toxunub:

"Münaqişə və təbii fəlakətlərdən sonra yenidənqurma fəaliyyətinin başlanması üçün sülh şəraiti, maliyyə mövcud olmalıdır. Azərbaycanın azad edilmiş ərazilərdə qarşılaşdığı xüsusi çətinliklər mina problemi ilə bağlıdır. Bu da böyük maliyyə tələb edir. Eyni zamanda, bunun üçün böyük təcrübə lazımdır. Bu da yenidənqurmanın həyata keçirildiyi ölkənin məsuliyyətində olan məsələ deyil. Bu, humanitar məsələdir. İnsanların bu problemlərlə üzləşməməsi üçün beynəlxalq ictimaiyyət birgə şəkildə minaların təmizlənməsinə kömək etməlidir".

Mənbə: report.az

Xəbər lenti