IMG-LOGO

Cozef Şekla: WUF13 Misirin də vətəndaş cəmiyyətini şəhərlərin inkişafında iştiraka təşviq edir

21 May 2026 11:52 3 baxış
IMG

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Misirin də vətəndaş cəmiyyətini şəhərlərin inkişafında iştiraka təşviq edir.

Bunu WUF13 çərçivəsində "Report"a açıqlamasında "Habitat International Coalition" təşkilatının Mənzil və Torpaq Hüquqları Şəbəkəsindən nümayəndəsi Joseph Schechla (Cozef Şekla) deyib.

O bildirib ki, forumda tədbirlərin əksəriyyətində iştirak edib və təşkilatçılığı çox bəyənib:

"Bu, çox yaxşı təşkil olunmuş forumdur. Əlbəttə, ev sahibi tərəf də çox qonaqpərvərdir. İlk dəfə bu foruma qatılan biri kimi, düşünürəm ki, burada özəl sektorun maraqlarının təsiri böyükdür".

Nümayəndə qeyd edib ki, WUF13 onun yaşadığı Misir üçün də yeni çağırışlar ortaya qoyur:

"Mən əslən Amerika Birləşmiş Ştatlarındanam, amma Misirdə yaşayıram. Bu forum Misirin vətəndaş cəmiyyətini şəhərlərin inkişafında iştiraka təşviq edir. İnsanlara daha yaxın olan və reallığı bilən vətəndaş cəmiyyəti mütləq şəkildə bu prosesdə iştirak etməlidir. Çünki onlar hər zaman siyasət və ideologiya ilə yönləndirilmirlər".

Mənbə: report.az

Xəbər lenti