Suriya hökuməti uzunmüddətli bərpa modelini təmin etmək məqsədilə mənzil tikintisi üzrə milli strategiya hazırlayır.
"Report" xəbər verir ki, bu barədə Suriyanın ictimai işlər və mənzil tikintisi nazirinin planlaşdırma və tədqiqatlar üzrə müavini İmad Həməd Əl-Masri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir" mövzusuna həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.
"Biz tələb və təklif arasında balansı təmin etməli, uzunmüddətli bərpa modelini müəyyən etməli olan milli mənzil tikintisi strategiyası üzərində işləyirik", - o bildirib.
Əl-Məsrinin sözlərinə görə, bu gün Suriyaya 2 milyon mənzil lazımdır.
O qeyd edib ki, mənzil böhranının miqyası münaqişənin demoqrafik nəticələri ilə daha da ağırlaşır: "4,7 milyon suriyalı ölkə hüdudlarından kənardadır, Suriya daxilində isə, bu, təxminən 7,2 milyon məcburi köçkündür" .
Əl-Məsri vurğulayıb ki, Suriya hakimiyyəti "sıfır düşərgə" və "sıfır çadır" strategiyasını irəli sürür: "Bu gün biz, xüsusən ölkənin şimalında, müvəqqəti yerləşdirmə düşərgələrinin və çadır qəsəbələrinin tamamilə ləğv edilməsi vəzifəsini nəzərdən keçiririk".
O bildirib ki, əvvəllər düşərgələrdə təxminən 2,4 milyon nəfər yaşayıb, eyni zamanda bu gün təxminən 1,2 milyon nəfər hələ də belə şəraitdə yaşayır.
Fələstin rəsmisinin sözlərinə görə, əhalinin qayıdışı dağılmış infrastruktur, mina təhlükəsi və iqtisadi məhdudiyyətlərlə çətinləşir, ancaq mərhələli köçürülmə və qayıdış marşrutlarının fərdi şəkildə planlaşdırılması həyata keçirilir: "Hər bir düşərgə və hər bir ailə xüsusi yanaşma tələb edir, çünki insanların şəraiti və ehtiyacları əhəmiyyətli dərəcədə fərqlənir".
Mənbə: report.az