IMG-LOGO

BMT-Habitat rəsmisi: "Bir çox ölkələrdə universitetlər şəhərlərlə kifayət qədər inteqrasiya olunmayıb"

21 May 2026 11:40 2 baxış
IMG

Bir çox ölkələrdə şəhərlərdə yerləşən universitetlər həmin şəhərlərlə kifayət qədər əlaqəli deyillər.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Şəhər İdarəçiliyi üzrə Magistr (MCA) Proqramının Qlobal Təqdimatı" adlı tədbirdə bildirib.

O qeyd edib ki, bu səbəbdən universiteti şəhərə gətirmək və şəhəri universitetə gətirmək səyləri davam etdirməlidir: "Bu, bir çox ölkədə baş verməli olan davamlı bir səydir. Bu daha sonra mükəmməlliyi, ekspertizanı və liderlik potensialını gətirmək üsulu olaraq MCA ilə tamamlana bilər. Bu o deməkdir ki, biz potensialı gücləndiricəyik. Bu, şəhər liderlərinin potensialını gücləndirmək üçün qlobal bir təşəbbüsdür, ona görə siz potensialı gücləndirmək üçün universiteti cəlb edirsiniz".

Onun sözlərinə görə, bu gün hələ də geridə qalan və urbanizasiyanın təklif etdiyi imkanlardan istifadə edə bilməmiş eyni sayda ölkə var: "BMT-nin üzv dövlətləri Gələcək üçün Paktı qəbul ediblər ki, bu da yerli və regional hökumətlər ilə BMT sistemi arasında daha güclü əməkdaşlıq və inteqrasiyaya çağırır. Bu ona görədir ki, BMT ilə daha güclü əlaqənin bu qlobal gündəliklərin sürətləndirilməsinə gətirib çıxaracağı etiraf olunur. Çünki sizin qeyd etdiyiniz gündəliklərdə yerli fəaliyyətin gücü və yaxınlığı var. Bu xüsusilə Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlıdır, eyni zamanda Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi ilə də əlaqəlidir. Yeni Şəhər Gündəliyi öhdəlik baxımından dönüşdürücüdür, lakin onun həyata keçirilməsi növbəti 10 il ərzində əhəmiyyətli potensialın gücləndirilməsini tələb edir".

Mənbə: report.az

Xəbər lenti