IMG-LOGO

Ramil İsgəndərli: QHT-lərə imkanlar yaradıldıqda şəhərlər insan amilinə əsaslanan məkana çevrilir

21 May 2026 11:40 3 baxış
IMG

Gənclərə və vətəndaş cəmiyyəti təşkilatlarına imkanlar yaradıldıqda şəhərlər insan amilinə əsaslanan məkana çevrilir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin Sədri Ramil İsgəndərli Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun WUF13 çərçivəsində təşkil etdiyi davamlı və inklüziv şəhərlərin inkişafında gənclərin və vətəndaş cəmiyyətinin liderliyi adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu beynəlxalq vətəndaş cəmiyyəti əməkdaşlığının vacibliyinə inanır:

"Qlobal Cənub əməkdaşlıq təşəbbüsləri çərçivəsində təcrübə, ideya və praktiki həllərin açıq və konstruktiv şəkildə mübadilə edilə biləcəyi platformaları dəstəkləməyə davam edirik. Tədbirimiz xüsusilə Liberiya, Pakistan və Azərbaycanın müqayisəli təcrübələrinə fokuslanır. Sözügedən ölkələrin fərqli tarixi, siyasi və sosial-iqtisadi reallıqları olsa da, ortaq bir nəticə aydınca görünür. Gənclərə və vətəndaş cəmiyyəti təşkilatlarına imkanlar yaradıldıqda, şəhərlər böhranlara qarşı daha davamlı və insan amilinə daha çox əsaslanan məkana çevrilir".

Mənbə: report.az

Xəbər lenti