IMG-LOGO

Nüsrət İbrahimov: "Qanunvericiliyə dəyişikliklərdə əmlakı kütləvi qiymətləndirmə mexanizmləri var"

21 May 2026 12:55 3 baxış
IMG

Azərbaycan üçün əsas strategiya şəffaf fiskal-kadastr modeli, müasir kütləvi qiymətləndirmə sistemləri, açıq idarəetmə mexanizmləri və sosial müdafiə alətlərinin inteqrasiyası vasitəsilə daha ədalətli daşınmaz əmlak vergisi sisteminin formalaşdırılması olmalıdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərin dayanıqlı inkişafının hərəkətverici qüvvəsi kimi daşınmaz əmlakın ədalətli vergisi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda daşınmaz əmlakın mövcud vergiləndirmə sistemi obyektlərin bazar dəyərindəki fərqləri tam şəkildə əks etdirmir.

XƏBƏR YENİLƏNİR

Mənbə: report.az

Xəbər lenti