IMG-LOGO

UN-Habitat rəsmisi: Fövqəladə maliyyə mexanizmləri və yenidənqurma fondları daha vacib hala gəlib

21 May 2026 12:54 4 baxış
IMG

Mövcud vəziyyətdə şəhərsalma siyasətlərinə yeni yanaşmalar əlavə edilməlidir.

"Report" xəbər verir ki, bunu UN-Habitat-ın nümayəndəsi Ayman El-Hefnavi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri" adlı müzakirədə deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki hazırkı böhran şəhər sistemlərinin bir-biri ilə nə qədər bağlı olduğunu göstərib:

"Enerji qiymətlərinin artması, təchizat zəncirinin pozulması, maliyyə qeyri-sabitliyi və məcburi köçlər birbaşa mənzil əlçatanlığına və şəhər sakinlərinin dolanışığına təsir edir".

Ayman El-Hefnavi mövcud vəziyyətdə fövqəladə maliyyə mexanizmləri, sürətli yenidənqurma fondları və humanitar-inkişaf əməkdaşlığı modellərinin daha vacib hala gəldiyini diqqətə çatdırıb.

Mənbə: report.az

Xəbər lenti