IMG-LOGO

Deputat: Azərbaycanın azad olunmuş ərazilərində tamamilə yeni icmalar formalaşdırılır

21 May 2026 13:46 3 baxış
IMG

Azərbaycanın azad olunmuş ərazilərində tamamilə yeni icmalar formalaşdırılır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Akademiya və Tədqiqat" adlı dəyirmi masada deyib.

O bildirib ki, həmin ərazilərdə yeni şəhərlər və kəndlər salınır:

"Ən vacib məsələlərdən biri isə insanların öz doğma torpaqlarına təhlükəsiz və dayanıqlı şəkildə geri qayıtmalarını təmin etməkdir. Bunun üçün həmin insanların iqtisadi fəaliyyəti, ailə strukturu, peşə və təhsil bacarıqları, eləcə də sosial vəziyyəti haqqında etibarlı məlumatlara ehtiyac var. Hazırda Azərbaycan hökuməti təxminən 80 min keçmiş məcburi köçkünün həmin ərazilərə qayıdışını təmin edib. Bu insanlar artıq orada yaşayır, təhsil alır və çalışırlar. İşğal dövründə əvvəlki şəhər və kəndlərin böyük hissəsi dağıdıldığı üçün tamamilə yeni icmalar formalaşdırılır".

Mənbə: report.az

Xəbər lenti