IMG-LOGO

Dunja Kovari: "Bakıda ictimai məkanların insana yönəlmiş açıq sahələrə çevrilməsinə diqqət artırılır"

21 May 2026 14:51 3 baxış
IMG

Hazırda Bakıda əsas diqqət ictimai məkanları avtomobilə yönəlmiş sahələrdən insana yönəlmiş açıq məkanlara çevirməyə yönəlib.

"Report" xəbər verir ki, barədə Şəhər dizaynı və planlaması üzrə ixtisaslaşmış "SA-Partners" şirkətinin təsisçi tərəfdaşı Dunja Kovari Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bunu nümunəsini 28 May Meydanında görmək mümkündür: "Bunu kifayət qədər demək olmaz. Bakı Mərkəzi Parkı, yaşıl sahələrin planlaşdırılması və inkişafı paytaxtda yenidənqurma bölgələrində olduğu qədər vacibdir. Şuşa haqqında qeyd edildiyi kimi, Azərbaycandakı yenidənqurma planları ilə ölkə miqyasında transformasiya prosesi başladılıb və buna Bakı da daxildir".

O bildirib ki, transformasiya üçün hərəkətverici qüvvə kimi cəsarətli baxışlara ehtiyac duyulur: "Hər şeydən əvvəl, bizə innovasiya düşüncəsi və şəhərlərin düşünülməsi və formalaşdırılmasının yeni yolları lazımdır. Əsasən, yenidənqurma və transformasiyaya gəldikdə daha yaxşı yenidənqurmanın əhəmiyyəti və qlobal aktuallığı barədə məlumatlılığın artırılması, Azərbaycanın indiyədək əldə etdiyi təcrübələrin göstərilməsi və paylaşılması haqqındadır".

Mənbə: report.az

Xəbər lenti