IMG-LOGO

Ranalder: Yeni iqlim planları şəhər maliyyələşdirilməsini artıra bilər

21 May 2026 16:00 4 baxış
IMG

Yeni milli iqlim planları (NDC 3.0) şəhərlər səviyyəsində maliyyələşmənin artmasına və yerli icmalar üçün iqlim tədbirlərinin daha səmərəli həyata keçirilməsinə kömək edə bilər.

"Report" xəbər verir ki, bu barədə UN-Habitat-ın iqlim dəyişikliyi və şəhər mühiti məsələləri üzrə komandasının əməkdaşı Lea Ranalder Bakıda WUF13 çərçivəsində UN-Habitat-ın milli iqlim planlarının şəhər komponentinə ("NDC 3.0-da şəhər məzmunu: şəhərlər diqqət mərkəzində") həsr olunmuş yeni məruzəsinə dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sənəd milli məqsədlərin iqlim həllərinin əsas hissəsinin faktiki olaraq həyata keçirildiyi şəhərlər səviyyəsindəki fəaliyyətlərlə daha sıx əlaqələndirilməsi üçün imkan yaradır.

"İqlim gündəliyinin həyata keçirilməsində şəhərlər əsas rol oynayır, çünki milli və beynəlxalq öhdəliklər məhz yerli səviyyədə həyata keçirilir", - Ranalder bildirib.

O qeyd edib ki, əsas gözlənilən nəticələrdən biri bələdiyyə səviyyəsində maliyyələşmənin artırılması, eləcə də milli və yerli hakimiyyət orqanları arasında qarşılıqlı əlaqənin gücləndirilməsidir.

"Bu, iqlim tədbirlərini vətəndaşlara daha effektiv şəkildə çatdırmağa və icmalarda onların praktiki olaraq həyata keçirilməsini təmin etməyə imkan verəcək", - o əlavə edib.

Mənbə: report.az

Xəbər lenti