IMG-LOGO

Səudiyyə Ərəbistanı Kralından İlham Əliyevə təbrik məktubu gəlib

21 May 2026 15:54 5 baxış
IMG

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Möhtərəm Prezident, əziz Qardaşım.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha da çox inkişaf və firavanlıq arzu edirəm.

Zati-alinizə hörmət və ehtiramla Qardaşınız,

Salman bin Əbdüləziz Al Səud

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı".

Mənbə: report.az

Xəbər lenti