IMG-LOGO

AYNA: İctimai nəqliyyatda "brutto müqaviləsi" modeli gedişhaqqı sistemini inkişaf etdirəcək

21 May 2026 17:00 4 baxış
IMG

İctimai nəqliyyatda "brutto müqaviləsi" modeli gedişhaqqı sistemini inkişaf etdirməyə imkan yaradacaq.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Strateji planlaşdırma üzrə rəhbəri Hüseyn Abdullayev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Yeni inkişaf üçün tranzit yönümlü planlaşdırma" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda hazırda ictimai nəqliyyat növlərini bir-biri ilə daha yaxşı inteqrasiya etmək üçün əlavə olaraq yeni gedişhaqqı sistemi planlaşdırılır: "Həmçinin, avtobuslar üçün yeni maliyyələşdirmə və müqavilə sistemi hazırlayırıq, çünki əvvəllər onlar yalnız gedişhaqqı gəlirləri ilə işləyirdilər. İndi biz avtobuslar üçün "ümumi xərc müqaviləsi" ("brutto müqaviləsi") modelinin hazırlanmasının son mərhələsindəyik. Bu, bizə gedişhaqqı sistemini inkişaf etdirməyə və ictimai nəqliyyat növlərini bir nöqtədə daha yaxşı inteqrasiya etməyə imkan verəcək".

Mənbə: report.az

Xəbər lenti