IMG-LOGO

Özgür Özel CHP sədri postundan kənarlaşdırıldı, yerinə Kılıçdaroğlu gəldi

21 May 2026 19:24 4 baxış
IMG
0 0

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, bununla bağlı Ankara Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.

Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.

Bu qərardan sonra CHP Mərkəzi İcraiyyə Komitəsinin fövqəladə iclası keçirir.

CHP Özgür Özel Kamal Kılıçdaroğlu

Mənbə: lent.az

Xəbər lenti