IMG-LOGO

Azərbaycan Böyük Qayıdış Proqramı çərçivəsində qazandığı təcrübəni Fələstinlə bölüşüb

21 May 2026 20:41 3 baxış
IMG

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) üzrə milli koordinator Anar Quliyev Fələstin Dövlətinin yerli özünüidarəetmə naziri Sami Hicavi ilə görüşüb.

"Report" xəbər verir ki, A. Quliyev bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Görüş zamanı şəhərsalma, dayanıqlı mənzil siyasəti və postmünaqişə dövründə bərpa sahəsində əməkdaşlıq imkanları müzakirə edilib:

"Həmçinin Azərbaycanın Böyük Qayıdış Proqramı çərçivəsində qazandığı təcrübəni bölüşdük".

Mənbə: report.az

Xəbər lenti