Çin Futbol Assosiasiyası rüşvətxorluq və oyun danışıqlarında günahlandırılan 17 nəfəri ömürlük futboldan kənarlaşdırıb.
"Report" xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.
Sözügedən əməllərə görə isə daha 48 nəfər 5 il müddətinə diskvalifikasiya olunub.
Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Çin Futbol Assosiasiyası qumar və danışılmış oyunlara görə 43 nəfərin futbolla əlaqəli fəaliyyətlərdən ömürlük uzaqlaşdırıldığını açıqlamışdı.
Mənbə: report.az