IMG-LOGO

Floridada "Eqlin" aviabazasında baş verən hadisədə iki nəfər xəsarət alıb

22 May 2026 06:46 3 baxış
IMG

Florida ştatındakı "Eqlin" aviabazasındakı partlayıcı maddələrlə iş üzrə ixtisaslaşmış tədqiqat mərkəzinin ərazisində baş verən hadisə nəticəsində iki nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə bazanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, xəsarət alanların hər ikisi müalicə müəssisəsinə yerləşdirilib.

"Hadisə yerinə çevik reaksiya xidmətləri, o cümlədən partlayış təhlükəli obyektlərin zərərsizləşdirilməsi üzrə ixtisaslaşdırılmış qrup göndərilib. Zərərlər yalnız partlayıcı maddələrin işlənib hazırlanması ilə məşğul olan tədqiqat mərkəzinin ərazisi ilə məhdudlaşıb. Baş verən hadisənin səbəbləri araşdırılır", - rəsmi bəyanatda qeyd olunub.

Hadisənin təfərrüatları, o cümlədən alınan xəsarətlərin xarakteri və xəsarət alanların hazırkı sağlamlıq vəziyyəti açıqlanmayıb.

Mənbə: report.az

Xəbər lenti