IMG-LOGO

İndoneziya sahillərində güclü zəlzələ baş verib

22 May 2026 06:23 4 baxış
IMG

İndoneziyada Molukka dənizi akvatoriyasında 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Ternate şəhərindən 145 km qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Mənbə: report.az

Xəbər lenti