IMG-LOGO

UN-Habitat-ın mütəxəssisi: Afrikada əhalinin yarıdan çoxu qeyri-rəsmi məskənlərdə ömür sürür

22 May 2026 10:59 5 baxış
IMG

Afrikada əhalinin yarıdan çoxu qeyri-rəsmi məskənlərdə ömür sürür.

"Report" xəbər verir ki, bunu UN-Habitat-ın Afrika üzrə Regional Ofisində proqram idarəetmə mütəxəssisi Ceyn Lumumba Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Afrika üzrə İqtisadi Komissiyasının "Dəyişiklik uğrunda birlik Afrikanın şəhər mövqeyini transformativ fəaliyyətlərə çevirir" mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, Afrikada əhalinin təxminən 5%-i ipoteka kreditlərindən yararlana bilir, qalan böyük əksəriyyət isə qeyri-qanuni və ya qeyri-rəsmi yaşayış məskənlərində yaşamaq məcburiyyətində qalır:

"Bu, insanların seçimi deyil, mövcud rəsmi mənzil ekosisteminin tələblərə cavab verməməsinin nəticəsidir. Beləliklə, qitə əhalisinin yarıdan çoxu qeyri-rəsmi məskənlərdə ömür sürür. ​Bu vəziyyət sistemdə ciddi bir tələb siqnalının olduğunu göstərir. İnsanlar könüllü olaraq qeyri-rəsmi məskənlər salmırlar, sadəcə olaraq, rəsmi mənzil bazarı lazımi sürətlə və uyğun qiymətə torpaq, maliyyə və xidmət təklif edə bilmirlər".

O vurğulayıb ki, bundan başqa, Afrikada iqlim problemi də mövcuddur:

"Afrika şəhərləri iqlim risklərinin mərkəzinə çevrilib və bu, qitənin bütün subregionlarında aydın görünür. Əgər biz iqlimə davamlı mənzil və şəhər infrastrukturu qurmaq istəyiriksə, tikinti metodlarımızı dəyişməliyik".

Mənbə: report.az

Xəbər lenti