IMG-LOGO

Arseni Pirojkov: 2050-ci ilədək Alatau şəhərinin əhalisi 1,87 milyon nəfərə çatmalıdır

22 May 2026 12:54 4 baxış
IMG

2050-ci ilədək Qazaxıstandakı yeni Alatau şəhərinin əhalisi 1,87 milyon nəfərə, iş yerlərinin sayı isə təxminən 1 milyona çatmalıdır.

"Report" xəbər verir ki, bu barədə "Almaty Region Master Plan" şirkətinin nümayəndəsi Arseni Pirojkov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.

"Şəhərdən altı saatlıq məsafədə təxminən 1-2 milyard insan yaşayır. Biz insanları iş, yaşayış və turizm üçün cəlb edərək bu potensialdan istifadə etmək istəyirik", - şirkət nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Alatau layihəsi 15-20 il ərzində hazırlanıb, ilkin mərhələdə isə ərazinin Baş planını Sinqapurun "Surbana Jurong" şirkəti hazırlayıb.

A.Pirojkov həmçinin bildirib ki, şəhər dörd rayondan ibarət olacaq.

Mənbə: report.az

Xəbər lenti