IMG-LOGO

Evliliklərinin 75-ci ilini qeyd edən cütlük - xoşbəxtliyin sirri

22 May 2026 13:30 3 baxış
IMG
0 0

ABŞ-da yaşayan Ceyms və Culiya Ambrouz 75 illik xoşbəxt evliliyin sirrini açıqlayıblar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, artıq 90 yaşı keçən cütlük növbəti evlilik ildönümünü qeyd edib.

Onların sözlərinə görə, uzunömürlü və möhkəm ailənin əsas sirri küsülü qalmamaqdadır. Ceyms və Culiya bildiriblər ki, aralarında narazılıq yarananda problemi həll etmədən heç vaxt yatmağa getmirlər.

Ceyms zarafatla əlavə edib ki, evdə əsas söz sahibinin Culiya olduğunu çoxdan anlayıb. O bildirib ki, bunu onunla evlənməyə razılıq verdiyi ilk gündən hiss edib.

Cütlük 1951-ci ildə tanış olub. Onların sözlərinə görə, ilk növbədə bir-birlərinin xarici görünüşü diqqətlərini cəlb edib. Münasibətə başladıqdan qısa müddət sonra ailə quran Ambrouzlar 75 il ərzində iki oğul və iki qız övladı böyüdüblər. Hazırda onların 12 nəvəsi, 21 nəticəsi və iki kötükcəsi var.

cütlük

Mənbə: lent.az

Xəbər lenti