IMG-LOGO

Patrisiya Skotlend: İqlim dəyişikliyi qlobal mənzil böhranını kəskinləşdirir

22 May 2026 14:22 4 baxış
IMG

İqlim risklərinin artması bərpa xərclərinin bahalaşması səbəbindən bütün dünyada mənzillərin əlçatanlığını əhəmiyyətli dərəcədə azaldır.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Lordlar Palatasının üzvü, Millətlər Birliyinin sabiq baş katibi Patrisiya Skotlend WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, daşınmaz əmlaka investisiyalar əvvəlcədən təbii fəlakətlərə davamlılıq amillərini nəzərə almalıdır.

Skotlend vurğulayıb ki, Azərbaycanın COP29-a sədrliyi dövründə bütün dünyada iqlim və şəhər gündəliklərinin uğurla uzlaşdırılması istiqamətində böyük işlər görülüb.

Onun fikrincə, qlobal səviyyədə vəziyyəti dəyişmək üçün hazırlığın ilkin mərhələlərində risklərin azaldılması da daxil olmaqla, üç praktiki addım tələb olunur.

Lordlar Palatasının üzvü qeyd edib ki, banklar və donorlar mülkiyyət hüquqlarının nizama salınmasına yönəlmiş layihələrin hazırlanması mexanizmlərini maliyyələşdirməlidirlər.

"Layihənin hazırlanmasına yatırılan 1 dollar 15 dollar özəl investisiya cəlb edir", - o bildirib.

Skotlend, həmçinin qeyd edib ki, yüksək ekoloji standartlara cavab verən layihələr investorlardan və sığortaçılardan güzəştli şərtlər əldə etməlidir.

Mənbə: report.az

Xəbər lenti