BMT münaqişədən sonrakı bərpa prosesi çərçivəsində Qarabağın minalardan təmizlənməsi məsələlərində Azərbaycanı dəstəkləyir.
"Report" xəbər verir ki, bunu BMT Baş katibinin müavini Amina Mohammed Bakıda WUF13-ün yekun mətbuat konfransında bildirib.
"Qarabağ məsələsinə gəldikdə bu, hökumətin reinteqrasiya və dayanıqlı sülh proqramıdır. BMT minalardan təmizləmə məsələlərində ölkəni dəstəkləyir. Bu, çox vaxt aparacaq vacib bir işdir. Lakin infrastruktur bərpa olunduqca bu həm də etimadın möhkəmləndirilməsi və insanlar üçün daha təhlükəsiz mühitin yaradılması prosesinin bir hissəsidir", - o deyib.
Mənbə: report.az