IMG-LOGO

WUF13-ü neçə jurnalist işıqlandırıb? - Komitə sədri açıqladı

22 May 2026 16:00 5 baxış
IMG
1 0

Dayanıqlı şəhər inkişafı ilə bağlı müzakirələr olduqca fəal keçib.

Lent.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, forum beynəlxalq medianın böyük diqqətini cəlb edib:

“1000-dən çox akkreditə olunmuş media nümayəndəsi WUF13-ü geniş şəkildə işıqlandıraraq dayanıqlı urbanizasiya və beynəlxalq əməkdaşlığın əhəmiyyətinin qlobal miqyasda təşviqinə töhfə verib”.

Anar Quliyev qeyd edib ki, WUF13-ün digər mühüm nəticələrindən biri gələcək Ümumdünya Şəhərsalma Forumlarında tətbiq olunacaq səmərəlilik standartlarının yaradılması məqsədilə Bakı Standartının tətbiqinə dair niyyət məktubunun imzalanması olub.

WUF13

Mənbə: lent.az

Xəbər lenti